AZ

   


 
 
  Facebook  
 
 
Təlimlər » HR Məktəbi »  İnsan Resursları üzrə Mütəxəssislərin Hazırlığı

FƏXRİMİZ

Bizim məzunlar GTC-nin HR Məktəbi haqqında:

 

     "Uğur qazanmaq istəyirsən? - Ona nail olandan öyrən." - Brayn Treysi

 

HR üzrə GTC-nin HR Məktəbi tədris kursundan sonra ən uğurlu addımlar edənlər.

İskəndərli Toğrul - “Petroplan Limited” - İşə Qəbul üzrə konsultant

 

 

 

   Mən, İskəndərli Toğrul, 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm.

   Hərbi xidmətdən sonra (2007-2008), təcrübəmin olmadığı səbəbdən xeyli vaxt iş axtarışında oldum və nəhayət 2009-cu ildə, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən birinə müştəri xidmətləri təmsilçisi vəzifəsinə işə qəbul olundum. Təbii ki, şirkət daxili karyera yüksəlişi arzu edirdim və şirkətin strukturu, şöbələri ilə maraqlanmağa başladım. Diqqətimi İnsan Resursları sahəsi cəlb etdi, ən çox isə, onun tərkib hissəsi olan – işə qəbul (staffing & recruitment). Tutduğum vəzifənin, karyera baxımından perspektivsiz olduğunu düşünürdüm və bir ildən sonra öz istəyimlə işdən azad olundum. Şirkətlərdən birində, beş ay işə qəbul üzrə təcrübə proqramında iştirak etdim və tam əmin oldum ki, karyeramı məhs bu sahədə qurmaq istəyirəm.

   GTC kursları haqqında sosial şəbəkələrin birindən məlumat əldə etdim. 2011-ci ilin mart ayında GTC-nin “HR Mütəxəssis” moduluna yazıldım və bitirdikdən sonra, qısa bir zaman ərzində, bütün dünya üzrə neft və qaz sənayesini mütəxəssislərlə təmin edən “Petroplan Limited” şirkətinə İşə Qəbul üzrə konsultant vəzifəsinə təyin edildim.

   Karyerasını İnsan Resursları sahəsində qurmaq istəyən hər kəsə GTC-nin "HR MƏKTƏBİ"-ni keçməyi tövsiyə edirəm. GTC və şəxsən Kənan bəyə öz təşəkkürümü bildirirəm!

 

Ayaz Abdulla - "VF AzerCredit" Qeyri Bank Kredit Təşkilatı - HR Mütəxəssis

 

 

   Mən, Ayaz Abdulla Müzəffər oğlu, Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini 2001-cil ildə bitirərək bir il sonra, 2002-ci ildə peşəkar fəaliyyətimə başladım. Bu günə kimi, mən bir çox yerlərdə işləyərək özümü sınadım. Məqsədim beynəlxalq münasibətlər sahəsində mütəxəssis kimi formalaşaraq diplomat olmaq idi. Bunun üçün hətta qısa müddət ərzində Bakıda fəaliyyət göstərən iki səfirlikdə də işlədim. Bundan sonra, uzun müddət beynəlxalq təşkilatda treninq layihəsi üçün Recruitment işləri ilə məşğul oldum. Daha sonra Bakıdakı şirkətlərin birində xarici əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışdım. Beynəlxalq Münasibətlər sahəsində mənim üçün perspektivlərini olmadığın görərək, karyeramı HR sahəsində davam etməyimə qərar verdim.
   HR sahəsində treninq xidmətlərini təklif edən bir çox şirkətləri nəzərdən keçirdim. Mənə treninq keçmək lazım idi ki, mən bu sahədə işləməyə başlayanda hazırlıqlı olum. Məhz buna görə də mən GTC-ni seçdim. GTC və ələlxüsus Kənan müəllimin sayəsində heç 1 ay keçməmiş mən Azərbaycanının kredit bazarında fəaliyyət göstərən ən güclü və nüfuzlu təşkilatların birində HR Mütəxəssisi vəzifəsinə işə düzəldim. Bu öz başına vermədi, bu GTC-də aldığım tədris sayəsində baş verdi. Təşəkkürlər GTC-nin HR Məktəbinə və xüsusi ilə Kənan müəllim.  

 

Məmmədli Leyla - HR Director - Biznes Trener

 

 

    Mən, Məmmədli Leyla,  Moskva Pedaqojı Dövlət Universitetinin məzunuyam.

  İxtisasım Psixologiya. Ali məktəbdə tibbi psixologiya məruzələri aparmışam, Oxford məktəbində psixoloq və psixoloq-məsləhətçi vəzifəsində çalışmışam. GTC işgüzar təlimlərdən sonra bankda İnsan Resursları şöbəsinə rəhbərlik edirəm.

   GTC mənim iş karyeramda yeni səhifə açmaqla yanaşı, mütəxəssis səviyyəsində həm praktiki, həm də nəzəri biliklərə yiyələnmədə əvəzsiz rol oynamışdır. GTC-də tədrisin peşəkar, tanınmış təcrübəli mütəxəssislər tərəfindən keçilməsi mənə tərəddüdsüz seçim etmək imkanı vermiş oldu. Ən qısa zamanda "DekaBank"-da HR Direktor vəzifəsinə təyin olundum və tədris zamanı aldığım bilikrərimi tətbiq etməyə başladım. Belə ki, öz işlədiyim sahə üzrə yəni, HR-la daha dərindən tanışlıq, həmçinin bu sahədə zəngin bilgi almağım məndə GTC-ə qarşı belə bir təəssürat oyatdı ki, düşünürəm GTC-nin HR Məktəbinin dövrümüzdə alternativi olmadığın deyə bilərik.

 

Abbasova Elnarə - "Rahat Market" - HR Director

 

 

     Mən, Abbasova Elnarə, 2009-cu ildən "Rahat Market" Supermarketlər şəbəkəsində HR Departamentinin Direktoru vəzifəsində çalışmışam. Ali təhsilimi Qazaxıstanda Hüquq üzrə almışam. İş təcrübəm 2007-ci ildən Tibbi Avadanlıq istehsal edən şirkətin daxilində, ofis menecer vəzifəsində başlamışdı. Paralel olaraq Kadrlar şöbə rəisinə assistent kimi köməklik edirdim, bəzən HR Meneceri əvəz edirdim. Belə ki, HR işi məni günü-gündən daha da cəlb edirdi.

     "GTC"-nin "HR Məktəbi"-nə yazılmaq imkanı barədə öyrəndim. İmkanları başa saldılar, yazıldım və ona görə həmkarlarıma minnətdaram. Yəqin ki, mən yaxşı tələbə olmuşam. Məni, "Rahat Market"-in rəhbərliyi tərəfindən mütəxəssis kimi dəyərləndirib, birbaşa HR Direktoru vəzifəsinə təyin etdilər.

     Bu Məktəb mənə peşəmə yol vərəqəsi oldu - bu sahənin qapılarını mənə açdı. İndi mən yeni-yeni layihələr hazırlayıram, arzularımı reallaşdırıram, işimdə uğurumu artırmaq üçün psixologiyanı öyrənirəm. Çox sağ olsun "GTC" və əsas da Kənan müəllim.  

 

Rzayeva Aytən - "Nurgun Holding"-in HR Departamenti - Kadrlar Şöbə Rəisi

 

 

   Mən Rzayeva Aytən Şahin qızı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 7 il müəllim və metodist vəzifələrində çalışmışam. Son dövrlər peşəmdə inkişaf etmək üçün idarəçilik, daha dəqiq desəm İnsan Resurslarının İdarə Edilməsi sahəsi məni maraqlandır.

   Bu maraq məni “GTC” şirkətinin təlim mərkəzində keçirilən “HR Məktəbi”-nə gətirdi. “GTC” məndə ilk gündən gözəl təəssüratlar yaratdı. Daha çox inam və təcrübə verdi. Mənə karyeramı qurmaq barədə düşünməyə “GTC” təkan verdi. HR üzrə İmtahanlarımı verməyə tələsmirdim - hələ də inanmırdım ki, bu peşəyə sahib olmağımda sertifikatın əhəmiyyəti olacaq. Daha tez və ciddi yanaşmaq lazım idi...
   Hal – hazırda Azərbaycan məkanında ən nifuzlu Holdinqlərdən biri olan "Nurgün Group"-un HR Departamentində – Kadrlar Şöbə Rəisi vəzifəsində çalışıram. Təşəkkürlər Sizə.
 

MƏZUNLAR

    Siz də HR Məktəbinin üzvləri siyahısına facebook-da qatılın.
    Yenilikləri izləyin, HR üzrə iş vakansiyalarına diqqət yetirin, yeni vakansiyalar elanını verin.

    Bizim məzunlarımız ilə İnsan Resursları barədə daimi məlumat və öz təcrübənizlə paylaşın.

 

HR MƏKTƏBİ

Bizə qatılın - yeniliklərdən xəbərdar olun.   

BİZİM MƏZUNLARIN SİYAHISI:


Şirkət Rəhbərləri:

Amadeus Ci DiEs - Sevinc Əli
VIB Group - Zakirov Azər

HR Direktorlar:

XalqBank - Namazova Leyla
ƏmrahBank - Quliyeva Aybəniz
MuğanBank - Əliyeva Bahar
DəmirBank - Əhmədova Aytən
DekaBank - Məmmədli Leyla
Rahat  Market - Abbasova Elnarə
BASF Kaspian YKS” MMC - İlhamə Namazova

HR Menecerlər:

Baki Fond Bircasi - Ləman Qurbanova
Baku Electronics - Mirzəyeva Günel
EuropanTabacco - Qasımov Taleh
A+A Securety Group - Quliyeva Ziba
RabiteBank - Həsənzadə Rəna
Finca Azerbaijan - Həbibova İlahə
Finca Azerbaijan - Qafarova Şəhla
VF AzerCredit - Könül Əbilova
ASBank - Əzimova Fətdanə
ASBank - Vüsal Şirinov
ASBank - Şəfiqə Fərzəliyeva
Petrokem Qrup MMC - Ülkər Mehdiyeva
ANS Press - Mustafayeva Sənəm
ƏmrahBank - Kəmran Əhmədov
GrandMart - Pərvanə Mirzəyeva
Kentz Caspian Limited - Əsgərova Rəfiqə
Oceaneering International Services Ltd. - Kifayət Əskərova
Nurgun Holding - Rzayeva Aytən
Sinam MMC - Parvana Akhundova

HR Mütəxəssislər:

VF AzerCredit - Abdulla Ayaz
North Sea Lifting - Mansurova Esmira
VEUS Holdinq - Krivova Arina
VEUS Holdinq - Nazarova Çinarə
Embawood MMC - Sadiqov Asif
Rovshan Oguz Group LLC - Həsənova Aybəniz
Yujural Proqress MMC - Rzayeva Təranə - Kadrlar üzra mütaxassis
Anglo-American Business Services &ATTAS PR ALLIANCE - Adıgözəlova Aynur
Salans Limited - Rəsulova Aynur

Digər vəzifələri icra edənlər:


Petroplan Limited - İskəndərli Toğrul - Recruitment Consultant
Dia Holding - Süsən Ağayeva - Director Assistant
ROLLS-ROYCE INDUSTRIAL POWER ENGINERING - Afət Hidayətova - Office Manager
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC - Gülnisa İsmayılova - Office Manager
Hyundai - Asilova Könül - PR Manager
Azerbaycan (Shah Deniz) LTD - Əliyev Anar - Office & Operations Manager
ANS Press - Hüseynov Aydın - Teleaparıcı
ATRA Bank - Axundov Fərid - Kredit Mütəxəsisi
ACI Yardım Fondu(SOROS) - Rəsizadə Nərminə
Mobitel - Məmmədova Aytən
Internation Logistics Cysmems - Hidayətova Aygün
"Modern Construction Group" MMC - Əhmədova Gunay
Karasu Operating Company - Quliyev Vüqar
Ponalpina Central Asia EC - Məmmədova Elnarə - Məlumat Bazasının nəzarətçisi
Aygün Əhmədova - Vəkil

Hal-hazırda təlim keçənlər:

AvisMed - Novruzov Faiq
AvisMed - Cavadov Xəyyam
AG Telekom - Əliyeva Nigar
Bank VTB - Həsənova Aydan - HR Assistent
Aile TV - Xəlilova Nailə - HR Specialist
BDU - Hüseynova Cəmilə
ADU - Rəhmanova Nigar
Fiziki şəxs - Əliyev Emil
Fiziki şəxs - Fikrətli Ləman
Fiziki şəxs - Hüseynova Nərqiz
ABADA - Səbinə Nurullayeva - Assistant to Secretary General
Fiziki şəxs - Leyla Əskərova

Digər təlimlərimizi bitiriblər:

Ələkbərov Emin
Rəhimzadə Nigar
Sultanova Pərvanə
İsmayilova Sevinc
Müxtarova Nigar
Quliyeva Nərmin
Həsənova Cəmilə
Həmidova Aytəkin
İsmayilov Emin
Günay Xalıqova
Yusifova Sevinc
Əziova Səbinə
Yusufova Rəna
Sadığova Sevinc
Şahmuradova Əfsanə
İbrahimova Sahibə
                                            ... Siz də bu siyahının ilk cərgələrinə addımlamaq imkandasınız.
Yetər ki, HR üzrə ixtisaslaşmaq istəyiniz olsun.
 

 

QİYMƏT

 Tam kursun qiyməti:  500 AZN
(Kofe-breyk, sertifikat, təlim materialları və ƏDV daxil olaraq).

 

Fiziki şəxslər üçün tam kursu keçmək istəyənlərə -  bu məbləğı

ayda cəmi 50 AZN ödəməklə hissə-hissə ödəmək imkanı verilir.

 

 Hər-hansı 1 mövzuda iştirak haqqı:  50 AZN

 

Tədris qaydaları:

 

Hər şənbə günü saat 10.00-dan 13.00 kimi - rus dilində keçirilir,

Saat 15.00-dan 18.00-kimi - azərbaycan dilində.

Hər iki qrupa qatılmaq imkanı var, qeydiyyat üçün Təlim Mərkəzinin Koordinatoru ilə əlaqə saxlayın.

 

Mövzular:

 

Mövzu Dil Tarix
İntervyu Keçirmə Bacarıqları,
standartlar, hesabatlar, dress-code.
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
19.05.2012
Yeni İşçilərin Qəbulu - tələblər, meyarlar, ilkin qəbul təlimləri   Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
26.05.2012
Motivasiya Sisteminin Qurulması. Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
02.06.2012
İnsan Resurslarının İdarə Edilməsi Sisteminin qurulması. Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
09.06.2012
Sənədlərin idarə edilməsi və dövriyyəsi, vəzifə təlimatları Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
16.06.2012
İllik Tədris və Təkmilləşmə proqramı. Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
14.04.2012
Personalın Attestasiyası və Qiymətləndirilməsi: BSC, testlər. Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
21.04.2012
İnsan Resurslarının Planlaması. Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
28.04.2012
Karyera Planlaması. Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00
05.05.2012
Əmək məcəlləsi.
Əmək müqaviləsinin bağlanması.
Az - 10.00 - 13.00 12.05.2012

 

Avropa tədris qaydalarına uyğun olaraq keçirilir:

 

HR üzrə ilk addım - Mütəxəssis moduludur - cəmi 10 mövzudan ibarətdir. 

Hər dərs günü məşğələdə yeni mövzu baxılır, təlimin hər hansı mövzusunda iştirak edə bilməsəniz - növbəti dəfə həmin mövzuda təmənnasız iştirak etmək olar. Tədris cədvəlində mövzuların tarixlərini izləyin. Mövzu aydın olmadıqda təkrar təmənnasız qatılmaq olar. Mövzuya aid suallarla təlimdən sonra mütəxəssislərə birbaşa müraciət etmək olar.

Hər-hansı mövzudan qatılmaq istədikdə təlimə qeydiyyatdan keçmək olar.

Məşğələdən sonra - təlim materialları verilir - elektron ünvana əlavələr göndərilir.

 

MÜTƏXƏSSİS

    GTC-nin HR Məktəbinin proqramının hazırlığında iştirak edən bütün həmkarlara, əsasən də bu məqsədə nail olmaqda ən çox əməyi olan "Bank of Baku"-nun İnsan Resursları Departamentinin Direktoru və Qafqaz Universitetin Dosenti Dr.(Phd) Rakif bəy Fərəcova dərin təşəkkürümüzü bildiririk.

    Ayrıca  Qafqaz Universitetin müəllimi və hal-hazırda "SOCAR" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları departamentinin Rəhbəri, əldə etdiyi əvəzedilməz təcrübəsi ilə bizimlə paylaşan Tural bəy Məmmədova, "AGBank"-ın İnsan Resursları Departamentinin Aparıcı Mütəxəssisi Kəmalə xanım Eynullayevaya, psixologiya üzrə elmlər namizədi Cavad bəy Əfəndiyə,  Rusiyanın Rostov şəhərində yerləşən "Biznes Maqazin" İnsan Resursları və İdarəetmə üzrə konsaltinq şirkətinin sahibi Yevgeniya xanım Barabaşa bu layihənin hazırlığında intellektual əməkləri üçün xüsusi olaraq minnətdarlığımızı bildiririk.

 

İdarəetmə üzrə Konsultant  


 

   Kənan Rəhimov - İdarəetmə üzrə konsultant, “GTC”-nin direktoru, HR Məktəbinin yaradıcısı.

 

    Rusiya Federasiyasının Baş Psixoterapevti B.D.Karvasarski tərəfindən psixoterapiya üzrə təhsil almış və dünya miqyaslı tanınmış psixoanalitik V.D.Vidin rəhbərliyi altında çalışmış Kənan Rəhimov, Sankt-Peterburq şəhərində  yerləşən Bexterev adına İnstitut tərəfindən 2003-cü ildə qırmızı diplom ilə təltif olmuşdur. Bakıya qayıdandan sonra RPM-də ictimai layihələr aparıb, işçi heyətinin seçimi üçün peşəkar bacarıqları təhlil edən psixoloji testlərdən ibarət proqram tərtib edib. 2006-cı ildə "Bank of Baku"-da 1 gün ərzində 232 nəfərin qiymətləndirməsini aparandan sonra - bu sahə üzrə test proqramını təkmilləşdirib, şəbəkə daxili qiymətləndirmə proqramı bazası yaradıb. 2011-ci ildə yeni "İşçilərin Tutduğu Vəzifəyə Uyğunluq Dərəcəsi" metodunu yaradıb. BSC, 360 dərəcə, Tomas metodu, psixoloji və bilik testlər - verə bilmədiyi dəqiqlıklə, bu metod işçilərin vəzifəsini icra etdiyinə uyğun maaş və mükafat sistemini, eləcədə karyera inkişafı proqramını qurmağa əsas yaradır.

    29 noyabr 2008-ci il tarixində, GTC-nin direktoru olarkən, "HR Məktəbi" adlı layihənin proqramına "Start" verib - və bu layihənin rəhbəri olaraq, tədris proqramını mütəmadi olaraq təkmilləşdirir. Hal-hazırda Assesment mərkəzi üslubları və İdarəetmə psixologiyası üzrə  eksperimentlər keçirir, araşdırmalar aparır, "HR Məktəbi"-ni inkişaf etdirmək üçün çalışır.


 

Qorxmaz Ağayev - CLC hüquq konsaltinq şirkətinin aparıcı mütəxəssisidir.

 

» Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

» 2004-ci ildən AtaHoldinq şirkətlər qrupunda çalışıb, Hüquq departamentinin direktoru vəzifəsinə kimi yüksəlmişdir.

» 2005-ci ildən etibarən 2011-ci ilə qədər "Bank of Baku"-da Hüquq Departamentinin Rəhbəri vəzifəsini tutub. 

» 2008-ci ildən GTC-ilə əməkdaşlıq edir. GTC-nin Konsaltinq layihələri üzrə əsasən hüquqı risklərinin azaldılması və İnsan Resurslarının idarə edilməsi ilə bağlı hüquqi normativlərin qorunması üzrə məsləhətçilik edir. Hal-hazırda CLC hüquq konsaltinq şirkətinin aparıcı mütəxəssisidir.

 

   

Peşəkar HR-ları bizimlə əməkdaşlığa dəvət edirik...

 

MƏQSƏD

» İnsan Resursları üzrə Mütəxəssislər hazırlamaq, qərb və şərq ölkələrində mövcud olan uğurlu idarəetmə prinsiplərini sistem şəklində Azərbaycana adaptasiya etmək.

 

 » İnsan Resursları üzrə mütəxəssislərin, eləcə də şirkət rəhbərlərinin işlərində tələb olunan qaydaları mənimsəməsində köməkçi olmaq, praktiki bacarıqlarının təkmilləşməsi üçün şərait yaratmaq.

 

» HR peşələrində peşəkarlıqla irəliləyə bilmələrin asanlaşdıra, karyeranın inkişafı üçün alətlərin mənimsəməsi, yeni təcrübə və bacarıqlar qazandırmaq.

 

1) Təlimçilər - GTC-nin HR Məktəbində yalnız praktiki olaraq bu sahə üzrə yetərincə yüksək nailiyyətləri olan, xaricdə İR üzrə təhsil alan və hal-hazırda öz əsas iş yerlərində müvəffəqiyyətlə çalışan peşəkarlar cəlb olunur. Yalnız ən yaxşı və başarılı praktiklər.


2) Təlimin Proqramı - Avropa təcrübəsini Azərbaycan reallığına və qanunvericiliyinə maksimum uyğunlaşıb və bir necə şirkətlərdə İnsan Resurslarının İdarə edilməsi sistemi bu proqramın əsasında qurulub və hal-hazırda tətbiq olunur.


3) Rahat ödəmək imkanı - fiziki şəxslər ilkin məbləğ olaraq 200 AZN ödəməklə təlimə birbaşa qatıla bilər, belə ki qalan məbləğı hissə-hissə ödəyə bilər.

 

4) Uyğun qrafik - İR üzrə mütəxəssis kimi çalışmaq üçün ən azı 10 mövzu üzrə peşəkar hazırlıq tələb olunur. Biz bu bacarıqların hər birisi üçün 3 saatlıq ayrı-ayrı məşqlərə ayırmışıq. Cəmi 10 mövzu - 10 dərs - 10 həftə. Dərsləri şənbə günü saat 10.00-dan 13.00-kimi keçiririk - belə ki əsas iş yerindən ayrılmadan iştirakçılar, eləcə də təlimçilər, HR Məktəbinin təliminə qatıla bilirlər.

 

5) Güvən-Etibar - Mövzular ardıcıl davam edir - hər-hansında, səbəbindən asılı olmayaraq, iştirak edə bilməsəniz, növbəti dəfə bu mövzu 10 sonra təkrarlanacaq və Siz əlavə ödəniş etmədən təkrar qatılmaq imkanı əldə edirsiniz - nəticədə heç bir mövzudan geri qalmırsınız.

ABŞ təhsil sitemi kimi - Siz 10 mövzunu pulunu ödəmisiniz, cədvəl aydındır - mövzular ardıcıldır, nə zaman qatılmağı - sərbəst qərar verirsiniz.

 

6) Yüksək tələblər - Tam kursu bitirənlər - proqram üzrə yazılı test imtahanı keçir. Yalnız imtahanı müvəffəqiyyətlə bitirənlərə GTC-nin HR Məktəbi məzunu Sertifikat verilir. Eyni zamanda təlimin bütün elektron materialları və əlavələr təlim iştirakçılarına verilir. İmtahanı ilk dəfədən verə bilməyən dəfələrlə təkrar sınaya bilər - imtahanı verənə kimi. Bu cür yanaşma məzunların yüksək səviyyədə hazırlaşmaqlarına motivasiya yaradır.

 

7) Nəticə - Bu günə kimi ilk dəfədən imtahanı verə bilməyən məzunumuz olmayıb.

Əksər məzunlarımız təlimdən sonra karyerasında diqqət cəlb edən inkişaf göstəriblər.

Nəticə etibarı ilə, təlimdə iştirak edənlər İnsan Resurslarının İdarə edilməsinin effektivliyini, mütəxəssislərin düzgün seçilməsi və şirkətin peşəkarlarının inkişafı sistemini qura bilmək təcrübəsi ala biləcəksiniz.

 

SƏNƏDLƏR

Bu və digər sənədlər təlimlərdə iştirak edən şəxslərə elektron vasitə ilə verilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

 

 

İş vaxtı




Məzuniyyət




Sosial sığorta




Vergilər və inzibati xətalar


Vəzifə və iş təlimatlarını nümunələri,

Şəxsi işin tərtib olunması,

Yeni işçilərin qəbulu sisteminin Veb üzərində və SQL Server üzərindı qurulması,

İşçilərin məlumat bazasının qurulması,

Dövlət strukturlarına verilən hesabatlar,

İllik hesabatlar - İnsan Resursları üzrə rəhbərlərə verilən hesabatların nümünələri...və s.

 
 
    HR MƏKTƏBİ

    HR MƏKTƏBİ
HR Mektebi, HR School, HR Məktəbi, HRM, HR, HR Школа, Управление Персоналом, Курсы, Управление Человеческими Ресурсами, курсы в Баку, Тренинги по HR в Баку, Управление Персоналом, Отдел Кадров, Практическая подготовка, Карьера, Вакансии, Продажи, Тренинги Продаж, Школа Продаж, Sales School, Satış Məktəbi, Satış Təlimləri, Treninqlər, Trainings for Sales, Human Resource Management, Kənan Rəhimov, Kenan Rahimov, Kenan Ragimov, Kanan Rehimov, Kenan Regimov, Кенан Рагимов, Кянан Рагимов, Кянан Рахимов, Кенан Рахимов
 
 
 
 
 
© 2007-2010, bütün hüquqlar GTC-yə məxsusdur.

HR Mektebi, HR School, HR Məktəbi, HRM, HR, HR Школа, Управление Персоналом, Курсы, Управление Человеческими Ресурсами, курсы в Баку, Тренинги по HR в Баку, Управление Персоналом, Отдел Кадров, Практическая подготовка, Карьера, Вакансии, Продажи, Тренинги Продаж, Школа Продаж, Sales School, Satış Məktəbi, Satış Təlimləri, Treninqlər, Trainings for Sales, Human Resource Management, Kənan Rəhimov, Kenan Rahimov, Kenan Ragimov, Kanan Rehimov, Kenan Regimov, Кенан Рагимов, Кянан Рагимов, Кянан Рахимов, Кенан Рахимов