AZ

   


 
 
  Time Management  
 
 
Təlimlər » Menecment Məktəbi » Vaxtın İdarə Edilməsi

Məqsəd

1) Aktual Məqsədlərin qarşıya qoymağın, təyin olunan Məsələləri planlaşdırmaq və effektiv həyata keçirməyin qaydaları ilə tanış etmək.

2) Xüsusi teslərlə öz məqsədlərinə nail olmaqda mane olan səbəbləri təyin edib dərk etmək.

3) Şəxsi resurslardan səmərəli istifadə, fərdi və peşəkar inkişaf üçün yeni mənbələr tapmaq.

4) İş gününün planlaşdıraraq tapşırıqları icra etməkdə peşəkarlığın artması üçün məşq etmək.

5) MS Outlook-un Vaxtın İdarə Edilməsi üçün nəzərdə tutulmuş Qızıl Standartlarını təşkilati iş şəraiti üçün uyğunlaşdırma qaydalarını öyrənmək.

 

Time Management & MS Outlook 2010 18 saat
    1. Vaxtın idarə edilməsi və iş günü planlaşdırması  6 saat
    2. İşgüzar yazışma standartları və MS Outlook-da iş  6 saat
    3. İş vaxtının planlaşdırılması və MS Outluk-da iş  6 saat


Təlimçi

İdarəetmə və Liderlik üzrə Konsultant



» Kənan Rəhimov Peşəkar Psixoterapevt diplomu və mütəxəssis sertifikatı ilə 2003-cü ildə Bexterev İnstitutu tərəfindən təltif olunub:

Diplom: AB-I № 077037
Mütəxəssis Sertifikatı: A №2139298

» Rusiya Federasiyasının Baş Psixoterapevti B.D.Karvasarski tərəfindən təhsil almış və dünya miqyaslı tanınmış psixoanalitik V.D.Vidin rəhbərliyi altında çalışmış Kənan Rəhimov, Bexterev adına İnstitut tərəfindən qırmızı diplom ilə təltif olunmuşdur.

» 2001-2003-cü illərdə Sank-Peterburqda ixtisaslaşma keçərək, bir çox mərkəzlərdə (İmaton, Baskov, FİNEK və digər) peşəkar təlimlər keçib, qısa zamanda “Baskov” mərkəzində “MTS”-lə keçirilən korporativ layihə üzrə təlimçi kimi cəlb edilmişdir.

» 2003-cü ilin iuyn ayına qədər, “Baskov” mərkəzində, bir çox idarəetmə və marketinq üzrə korporativ lahiyələrdə iştirak edib.

» 2003-cü ilin iyun ayında Bakıda öz mütəxəssis fəaliyyətini davam edir.

» 2003-2007-ci illər arası “Regional Psixologiya Mərkəzi”nin rəhbəri olaraq, bir necə ictimai layihələri apararkən, Azərbaycanın bir çox Radio və TV verilişlərində özünəməxsus çıxışları ilə idarəetmə psixologiyası üzrə tanınmış mütəxəssis kimi tanınmışdır.

» 2008-ci ilin yanvar ayından “GTC”-də çalışır. İdarəetmə psixologiyası və Biznes Kommunikasiyaları (əsasən, satış və komandaların qurulması) üzrə mütəxəssis olaraq, “Global Training and Consulting” şirkətində peşəkar təlim proqramları tərtib edir, İdarəetmə və marketinq üzrə konsaltinq layihələrinə rəhbərlik edir.

» Hal-hazırda GTC-nin direktoru olaraq mütəxəssislər hazırlayır, konsaltinq layihələri təşkil edir, Azərbaycanın şirkətlərinə xidmət göstərir.

İştirakçı Haqqı

 
Təlim Qeydiyyat
Mövzu Davamiyyəti (Saat) Aciq (AZN) Korporativ (AZN)
1 mövzu 6 180 1450
2 mövzu 12 320 2500
3 mövzu 18 430 3300
       
 

Qiymətlər - Kofe-breyk, Nahar yeməyi, Sertifikat, təlim materialları və ƏDV daxil olaraq göstərilib.

Fiziki şəxslər üçün - ilkin ödənişin 200 manat olmaqla,
ayda cəmi 50 AZN ödəməklə 6 aya həyata keçirmək imkanı verilir.


 Maksimum İştirakçı sayı: 12 nəfər

 Korporativ təlimlərdə - məkan və avadanlıq müştəri tərəfindən təmin olduqda: 15-20 nəfərə kimi


Təlimin Proqramında

Mövzu 1: Vaxtın İdarə edilməsi (Time-Management). Şəxsi və Korporativ Təsirliyin idarə edilməsi.

1- Vaxt və idarəetmə anlayışı.
2- Strateji və taktik planlaşdırma.
3- SMART. Məqsədin tərtibatı. Eyzenxauer cədvəli.
4- «Fili necə yemək olar?» Məqsədə mərhələ ilə çatmağın yolu.
5- Vaxtın uducuları. İş proseslərinin müsbətləşdirilməsi.
6- Məsələlərin dərəcələri və İnzibatçılıq.
7- Məsələlərin və Səlahiyyatların bölüşdürülməsi.
8- «Bir iş günün planlaşdırılması» məşğələsi.

Mövzu 2: İşgüzar Məktublaşmanın Standartları. MS Outlook-da iş.

1- MS Outlook və Elektron Poçt.
2- Elektron məktublar.
3- Qovluk. Ünvan kitabları.
4- Məktubların yazılış qaydaları və göndərilməsi.
5- Məlumat bazası. Kontaktlar. Qruplaşma.
6- Göndərilən məktubların siyahısı. Siyahılar üzrə aparılan iş.
7- Parametrlərin köklənməsi və elektron məktubların təşkili.
8- Əlavə kökləmələr və MS Outlook elementlərin çapı.

Mövzu 3: MS Outlookda “Time-Management”-in Standartları.

1- Təqvim. Cədvələ baxış.
2- Planlaşdırma və Görüşlərin təşkili.
3- Gündəlik, Həftəlik, Aylıq cədvələ baxış.
4- Təqvim və kollektiv iş.
5- İclasın keçirilmə vaxtının təyini və iştirakçıların çağırışı.
6- Təqvimə daxil olmaq hüquqların bölüşdürülməsi.
7- Məsələlər və Tapşırıqlar. Tapşırıqların yaradılması və göndərilməsi.
8- Məsələ üzrə hesabat.
9- Şirkətdə İşçi heyətinin iş vaxtının təşkili – Microsoft-un korporativ standart və alətləri.

Təlimin Üstünlükləri

1) Proqram – MBA standartlarına görə nəzəri material verilir, hansısız ki, vaxtın idarə edilməsinin və ümumiyyətlə rəsmi məktublaşmanın mahiyyətinin anlaması təsəvvür edilməzdir.

2) Praktika – konkret bacarıqların praktiki teslər və tapşırıqların tədbiq etməsinin inteqrativ ardıcılığı.

3) Aktuallıq – vaxtın idarə edilməsinin biznes proseslərinin müasir standartları ilə müvafiq olaraq öyrənməyə imkan verən keyslərin həllini daxil edir.

4) Trenerlər – müvəffəqiyyətli idarəetmədə şəxsi təcrübəsi olan və xüsusi hazırlıq keçən mütəxəssislər təlim verir.

5) Adaptasiya – təlimdə Vaxtın İdarə Edilməsi prinsipləri təşkilatlarda planlaşdırma və tapşırıqları içrasında ən çox MS Outlook proqramı vasitəsi ilə həyata keçirilir.

6) Auditoriya – təlim həm professional bacarıqlarını yenə praktiki tədqiq edə bilən təcrübəli işçilər üçün, həm də tələbələr biznesində öz yeni karyerasını qurmaq arzulayanlar üçün qabaqcadan təyin edilib.

 
   
 
 
 
 
© 2007-2010, bütün hüquqlar GTC-yə məxsusdur.

HR Mektebi, HR School, HR Məktəbi, HRM, HR, HR Школа, Управление Персоналом, Курсы, Управление Человеческими Ресурсами, курсы в Баку, Тренинги по HR в Баку, Управление Персоналом, Отдел Кадров, Практическая подготовка, Карьера, Вакансии, Продажи, Тренинги Продаж, Школа Продаж, Sales School, Satış Məktəbi, Satış Təlimləri, Treninqlər, Trainings for Sales, Human Resource Management, Kənan Rəhimov, Kenan Rahimov, Kenan Ragimov, Kanan Rehimov, Kenan Regimov, Кенан Рагимов, Кянан Рагимов, Кянан Рахимов, Кенан Рахимов