AZ

   


 
 
   
 
 
Təlimlər » Satış Məktəbi » Satış Texnikaları

Təlimin Proqramında

Mövzular:

 

1. Satışa Hazırlıq :

    Əsas prinsiplərin təyin edilməsi, satıcının ünsiyyətə hazırlıq tələbləri.
    Satışa psixoloji hazırlığın xüsusiyyətləri. Entuziazm, Optimizm. Uğursuzluq qorxusundan keçid.
    Görüşlərin planlaşdırılması, müştərilərin qruplaşdırılması. Paretto Qanunu, Porterin 5 gücü.
    Məlumat hazırlığı, Müştərinin ilkin təhlili.

 

2. İlk əlaqə:

    İlkin təklifə maraq yaratma alqoritmi. Sözlü ünsiyyət (danışıq) və üslub.

    Sözsüz ünsiyyət üsulları. Jestlərin və pozaların anlayışı (Vücud dili).

 

3. Müştərinin təhlili (diaqnostikası):

    Əsas tələbatlar, psixoloji keyfiyyətlərini təyin etmə, davamlı ünsiyyət strategiyasını təyin etmə.

    Aktiv və passiv təhlil üsulları. Sual vermə texnologiyası.

 

4. Təqdimat üsulları:

     Təhlilə əsasən tələbat yaratma alqoritmi.

     Rəqiblərdən fərqlənmə təqdimatı şəraitində şirkətin məhsuluna tələbat yaratma anlamı.

     Təqdimat texnologiyası.

 

5. Narazılıq və müqavimət :

     Narazılıq və müqavimət nümayiş edən müştərilərlə davranış üslubu.

 

6. Qiymətlərin danışıq qaydaları:

     Qiymətlərin əsaslanması, qiymətin psixoloji təsirini, azaltma və əsaslanma alqoritmi.

     Qarşılıqlı razılıq alma ardıcıllığı.

     Davamlı ünsiyyət təyin etmə çərçivəsində qiymətlərin və razılığın yekun qərara çevirmə mövqeyi.

 

7. Satışı bağlamaq sənətkarlığı:

    Satışı bağlamağa yönələn suallar, qərar vermək üçün təkan, müştərini həvəsləndirmə

    Növbəti satış üçün addımlar və təkliflər, uzunmüddətli münasibətlərin qurulması qərarları.

 

8. Satışdan kənar ünsiyyətin idarə edilməsi:

    Növbəti satışa yönlənmiş addımlar.
   
Müştərilərin daimi inamını saxlamaq üçün psixoloji keyfiyyətlərin təsiri.
    Uzunmüddətli ünsiyyətin yaradılması.
    Debitor borcların qarşısının alınması və müştəri məmnuniyyətinin saxlanılması.

 

Ekspertlər üçün tövsiyyə:

 

Satış menecerlərinin peşəkar hazırlığı üçün, tam proqramı hər bir mövzu üzrə 6 saatlıq Korporativ təlim proqramı formatında aşağıdaki reqlamentə uyğun keçirməyi tövsiyyə edirik:


1) 1,5 saat yetənəklərin və texnikalrın izah olunması, təqdimatı

    * 30 dəqiqəlik - Kofe-breyk

 

2) 1,5 saat - şərti oyun şəraitində video yazı ilə müşahidə olunan məşq - baxış və təhlil

    * 1 saat nahar yeməyi


3) 1,5 saat birbaşa müştərilərlə olar real şəraitlərin simulyasiyası ilə məşq - baxış və təhlil

    * 30 dəqiqəlik - kofe-breyk

 

4) 1 saat ərzində yekun iştirakçılar arasında yarış-məşq

    * 30 dəqiqə - yekunlar, nəticələr, qərarlar, sertifikatların təqdim edilməsi, fərqlənmə hədiyyələri.

 

Ayrı-ayrı mövzu üzrə praktiki master-klasslar da keçirilə bilərik (90 - 120 - 180 - 300 dəqiqəlik).

Məqsəd

1. Satış üzrə mütəxəssislərin peşəkarlıqlar hazırlığını təmin etmək.

2. Bu sahə üzrə şirkətlərdə tələb olunan bacarıqların öyrədilməsi.

3. Satışı artırmaq üçün mütəxəssislərinin təkminləşməsi.

4. Satış üzrə məzunların işlə təmin olunması

 

Bu təlim kimlər üçün nəzərdə tutulub?

 

- Satış Menecerləri, Supevayzerlər, Ekspeditorlar,

- Marketinq Menecerləri,

- Kredit üzrə mütəxəssislər, Sığorta üzrə ekspertlər,

- Müştəri Xidmətləri üzrə mütəxəssislər, Telemarketoloqlar.

 

Satış Məktəbi - Tam kurs 54 saat
Modul 1: Tələbatların təyin edilməsi 18 saat
    Mövzu 1. Müştərilərlə ünsiyyətin qurulması və Tələbatların təhlili 6 saat
    Mövzu 2. Sual Vermə Texnikaları 6 saat
    Mövzu 3. Satışın Planlaşdırılması, Korporativ Satışlar 6 saat
Modul 2: Təqdimat 18 saat
    Mövzu 4. Xidmətlərin və Malların Təqdimatı Bacarıqları 6 saat
    Mövzu 5. Müştərilərlə Birbaşa və Telefonda Ünsiyyət  6 saat
    Mövzu 6. Telefonda Satş - Telemarketinq Bacarıqları 6 saat
Modul 3: Satışı bağlamaq sənətkarlığı 18 saat
    Mövzu 7. Etirazlarla İş qaydası, Arqumentasiya Texnikaları 6 saat
    Modul 8. Satışı bağlamaq texnikaları 6 saat
    Mövzu 9. Satışların İdarə edilməsi, Debitor borclar 6 saat
   

 

» Təlimdə mütəxəssilər satış prosesinə bir sənət kimi yanaşmağı, satışın çalışdıqları müəssə üçün nə dərəcədə önəmli bölümü olduğunu anlaya biləcəklər.

» Təlim proqramı dünya praktikasında mövcud olan ən effektiv texnikaların mənimsəməsi və Azərbaycan şəraitində uyğunlaşması nəticəsində formalaşan bazaya malıkdır.


»
Təlimdə satışı təkminləşdirmək üçün psixologiyanın ən son və təsirlı texnikaları ilə məntiqi inteqrə olunmuş video yazılar və praktiki məşğələlər əlavə olunub.

 

Nətivə etibarən:

» Satış bacarıqlarının tam olaraq məşqi

» Praktiki məşqlərin videoyazısı

» Təlimdən öncə və sonra  - satışların artımında fərq

» Etirazların azalması

» Satış üçün daxili tədris proqramının hazırlanması

» İşçilərin motivasiyasının yüksəlməsi

Təlimçi

İdarəetmə və Liderlik üzrə Konsultant



» Kənan Rəhimov Peşəkar Psixoterapevt diplomu və mütəxəssis sertifikatı ilə 2003-cü ildə Bexterev İnstitutu tərəfindən təltif olunub:

Diplom: AB-I № 077037
Mütəxəssis Sertifikatı: A №2139298

» Rusiya Federasiyasının Baş Psixoterapevti B.D.Karvasarski tərəfindən təhsil almış və dünya miqyaslı tanınmış psixoanalitik V.D.Vidin rəhbərliyi altında çalışmış Kənan Rəhimov, Bexterev adına İnstitut tərəfindən qırmızı diplom ilə təltif olunmuşdur.

» 2001-2003-cü illərdə Sank-Peterburqda ixtisaslaşma keçərək, bir çox mərkəzlərdə (İmaton, Baskov, ФИНЭК və digər) peşəkar təlimlər keçib, qısa zamanda “Baskov” mərkəzində “MTS”-lə keçirilən korporativ layihə üzrə təlimçi kimi cəlb edilmişdir.

» 2003-cü ilin iuyn ayına qədər, “Baskov” mərkəzində, bir çox idarəetmə və marketinq üzrə korporativ lahiyələrdə iştirak edib.

» 2003-cü ilin iyun ayında Bakıda öz mütəxəssis fəaliyyətini davam edir.

» 2003-2007-ci illər arası “Regional Psixologiya Mərkəzi”nin rəhbəri olaraq, bir necə ictimai layihələri apararkən, Azərbaycanın bir çox Radio və TV verilişlərində özünəməxsus çıxışları ilə idarəetmə psixologiyası üzrə tanınmış mütəxəssis kimi tanınmışdır.

» 2006-cı ildə "Bank of Baku"-da 1 gün ərzində 232 nəfərin qiymətləndirməsini aparandan sonra - bu sahə üzrə test proqramını təkminləşdirib, şəbəkədaxili qiymətləndirmə proqramını "VeralSoft" proqramı bazasında yaradıb.

» 2008-ci ilin yanvar ayından “GTC”-də çalışır. İdarəetmə psixologiyası və Biznes Kommunikasiyaları (əsasən, satış və komandaların qurulması) üzrə mütəxəssis olaraq, “Global Training and Consulting” şirkətində peşəkar təlim proqramları tərtib edir, İdarəetmə və marketinq üzrə konsaltinq layihələrinə rəhbərlik edir. "Satış Məktəbi" layihəsinin rəhbəridir.

» 29 noyabr 2008-ci il tarixində, GTC-nin direktoru olarkən, "HR Məktəbi" adlı layihənin proqramına "Start" verib - və bu layihənin rəhbəri olaraq, tədris proqramını mütəmmadi olaraq təkminləşdirir. Hal-hazırda Assesment mərkəzi üslubları və İdarəetmə psixologiyası üzrə  eksperimentlər keçirir, araşdırmalar aparır, "HR Məktəbi"-ni inkişaf etdirmək üçün çalışır.

» GTC-nin direktoru olaraq mütəxəssislər hazırlayır, konsaltinq layihələri təşkil edir, Azərbaycanın şirkətlərinə xidmət göstərir.

İştirakçı Haqqı

Təlim Qeydiyyat
Mövzu Davamiyyəti (Saat) Aciq təlim (AZN) Korporativ təlim (AZN)
1 Mövzu 6 180 1450
2 Mövzu 12 320 2500
3 Mövzu 18 430 3300
4 Mövzu 24 530 4000
Tam kurs  54 1000 8000

 

Qiymətlər - Kofe-breyk, Nahar yeməyi, Sertifikat, təlim materialları və ƏDV daxil olaraq göstərilib.


Fiziki şəxslər üçün - ilkin ödənişin 40% olmaqla,
ödənişi 6 aya qədər hissə-hissə həyata keçirmək imkanı verilir.


 Maksimum İştirakçı sayı: 12 nəfər

 Korporativ təlimlərdə - məkan və avadanlıq müştəri tərəfindən təmin olduqda: 15-20 nəfərə kimi

 
   
 
 
 
 
© 2007-2010, bütün hüquqlar GTC-yə məxsusdur.

HR Mektebi, HR School, HR Məktəbi, HRM, HR, HR Школа, Управление Персоналом, Курсы, Управление Человеческими Ресурсами, курсы в Баку, Тренинги по HR в Баку, Управление Персоналом, Отдел Кадров, Практическая подготовка, Карьера, Вакансии, Продажи, Тренинги Продаж, Школа Продаж, Sales School, Satış Məktəbi, Satış Təlimləri, Treninqlər, Trainings for Sales, Human Resource Management, Kənan Rəhimov, Kenan Rahimov, Kenan Ragimov, Kanan Rehimov, Kenan Regimov, Кенан Рагимов, Кянан Рагимов, Кянан Рахимов, Кенан Рахимов